Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək

  24 Sentyabr 2013    Oxunub : 564
Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.

ATƏT-in Minsk Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin nazirlərlə görüşü bu həftə Nyu-Yorkda keçirilən BMT-nin Baş Assembleyasının 68-ci sessiyası çərçivəsində baş tutacaq.

Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşəcəklər.

Bu, yeni amerikalı həmsədrin digər həmsədrlərlə birlikdə tərəflərlə ilk görüşü olacaq.(apa)



Teqlər: