Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
  24 Sentyabr 2013    Oxunub:1162
Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək “Xızı” Avtomatik Qazpaylayıcı Stansiyasında və “Günəşli” Qazpaylayıcı Stansiyasında, “Bolqarıstan” Qazpaylayıcı Stansiyasında, saat 17:00-dək “Dəliməmmədli” Avtomatik Qazpaylayıcı Stansiyasında, saat 18:00-dək isə “Zərdab”, “Quba” Qazpaylayıcı Stansiyalarında, “Horadiz” Qaztənzimləyici Məntəqəsində və “Qəçrəş” ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Zərdab, Quba, Füzuli rayonlarına, Xızı, Goranboy və Cəlilabad rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti