Ermənistanda terror aktının qarşısı alınıb - ABŞ vətəndaşı saxlanılıb
İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalinin qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. O, özü də bu işə təkcə Ermənistanda yaşayanları yox, həm də ondan kənarda yaşayan erməniləri cəlb etməyə çalışıb. Bundan əlavə, saxlanılan şəxs həmçinin məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb.
AzVision.az
Teqlər: Ermənistan Terror