Türkiyə narahatdır

Türkiyə narahatdır
  24 Sentyabr 2013    Oxunub:1237
Suriya münaqişəsində önəmli rol oynayan Türkiyə təhlükəsizliyindən narahatdır.
Bu fikir Amerika Birləşmiş Ştatlarında səfərdə olan xaici işlər naziri Əhməd Davudoğlunun dövlət katibi Con Kerri ilə görüşündə də əksini tapıb. BMT baş assambleyasının işinə qatılmaq üçün prezident Abdullah Güllə Vaşinqtona gələn xarici siyasət idarəsinin rəhbərini görüşdə müavini Firudin Sinirlioğlu və Türkiyənin ABŞ-dakı səfiri Namık Tan müşayiət edib.

Suriyada 2 ildən artıq davam edən `insanlıq dramı`na toxunan Davudoğlu Ankaranın şərtlərini Kerrinin diqqətinə çatdırıb. O, bildirib ki, 3 maddədən ibarət şərtlərin başında istənilən halda Ankaranın sərhədlərinin toxunulmaz qalacağına dair zəmanətin verilməsidir. Davudoğlu ikinci şərt kimi BMT Təhlüksizlik Şurasının Suriya barədə yekun qərarının Vaşinqtonun təzyiqi ilə qəbul edilməsini irəli sürüb.

3-cü şərt isə Bəşər Əsəd iqtidarının kimyəvi silahlardan istifadəsi məsələsi ilə bağlıdır. Türkiyə birmənalı şəkildə təklif edib ki, Əsəd rejimi bir daha kütləvi qırğın silahına əl atmayacağına dair öhdəlik götürməlidir.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti