Maykl Pens İsrailə səfərini təxirə salıb

Maykl Pens İsrailə səfərini təxirə salıb
  14 Dekabr 2017    Oxunub:1297
ABŞ-ın vitse-prezidenti Maykl Pens Prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarının ardından Yaxın Şərq ətrafında cərəyan edən gərginlik səbəbindən İsrailə səfərini təxirə salıb.
“Haaretz” qəzetinin yaydığı məlumata görə, Maykl Pensin dekabrın 18-də Knessetdə (İsrail parlamenti) planlaşdırılan çıxışı təxirə salınıb.

İsrailin Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına əsasən, onlar ABŞ-ın vitse-prezidentinin ölkəyə dekabrın 20-də səfər edəcəyini gözləyirlər.

AzVision.az


Teqlər: ABŞ   İsrail  





Xəbər lenti