“S-400” razılaşması bu həftə imzalana bilər

“S-400” razılaşması bu həftə imzalana bilər
  14 Dekabr 2017    Oxunub:3418
Bu həftə “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə ilə Rusiya arasında razılaşma imzalana bilər.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bununla bağlı heç bir problem yoxdur.
“Kreditləşmə ilə bağlı razılıq əldə olunub. Detallar tamamlandıqdan sonra razılıq bəlkə bu həftə ərzində imzalandı”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd “S-400” alacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   S-400  





Xəbər lenti