Avropa ölkələrindən Rusiyaya qarşı sanksiya qərarı

Avropa ölkələrindən Rusiyaya qarşı sanksiya qərarı
  15 Dekabr 2017    Oxunub:2867
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, Aİ ölkələri Rusiyaya qarşı sanskiyaların uzadılmasını dəstəkləyir.

Qeyd edilib ki, bu gün Avropa İttifaqına üzv ölkələrin liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının müddəti 2018-ci il yanvarın sonunadək idi.

AzVision.az


Teqlər:   Rusiya   Sanksiya  





Xəbər lenti