"Milli ənənələrimizə sadiq gənc alimlərin yetişməsi önəmlidir" - Prezident

"Milli ənənələrimizə sadiq gənc alimlərin yetişməsi önəmlidir" - Prezident
  15 Dekabr 2017    Oxunub:2892
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Gənc Alimlərinin I Qurultayı işə başlayıb.

AzVision.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Məktubda qeyd edilir: “Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.

Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyllərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycan qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünə özünə məxsus yeri var.

Dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir. Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir. Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır. Gənc alimlərimizin elmimizin dünya səviyyəsində tanınmasında layiqli təmsilçimiz olacaqlarına inanırıq. Onlar tükənməz enerji ilə çalışacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qurultay   Bakı  





Xəbər lenti