Əsədin pulları suriyalılar üçün xərclənəcək

Əsədin pulları suriyalılar üçün xərclənəcək
  24 Sentyabr 2013    Oxunub:1234
Fransa Suriya hökumətinin dondurulan bank hesablarındakı pulları bu ölkəyə humanitar yardım üçün xərcləyəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa Ticarət Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, bununla bağlı işlər başladılıb və bu barədə Avropa Birliyi Komissiyasına məlumat verilib.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi ölkələri Əsəd hökumətinin mülk və bank hesablarını dondurmuşdu.

Suriyada 2011-ci ilin martından davam edən vətəndaş müharibəsi son günlər ölkədə qida çatışmazlığı da yaradıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti