Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək
  15 Dekabr 2017    Oxunub:1832
“Kurikulum sistemi ilə bağlı yeni standartlar hazırlanıb və müzakirəyə təqdim olunub”.
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev deyib.

Nazirlik rəsmisi qeyd edib ki, yeni standartlara dəyərlər əlavə olunub: “İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədər kurikulum sistemi bilik və bacarığa əsaslanır. Xeyirxahlıq, vətənpərvərlik və sevginin aşılanması yeni standartlarda öz əksini tapıb”.

E. Əmrullayev qeyd edib ki, digər əsas dəyişiklik öz keyfiyyətləri ilə seçilən bəzi məktəblərə müəyyən çərçivələrlə fənlər və məzmunla bağlı muxtariyyətin verilməsidir: “İndiki sistem buna imkan vermir. İlkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər. Biz müzakirələr zamanı təkliflər gözləyirik. Bundan sonra isə sənəd təsdiq üçün hökumətə göndəriləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti