Sabiq nazirə 8 il həbs cəzası verildi

Sabiq nazirə 8 il həbs cəzası verildi
  15 Dekabr 2017    Oxunub:1681
Külli miqdarda rüşvət aldığına görə saxlanılan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq nazir cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmənin qərarı ilə Ulyukaev, həmçinin 130 milyon rubl məbləğində cərimələnib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Həbs   Nazir  





Xəbər lenti