38 şəhər və rayonda monitorinq imtahanı keçirilib

38 şəhər və rayonda monitorinq imtahanı keçirilib
  15 Dekabr 2017    Oxunub:2762
Dövlət İmtahan Mərkəzi (DİM) 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabr 2017-ci il tarixlərində keçiriləcək.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti