Sarkisyan Təhlükəsizlik Şurasını topladı - Problemlərdən danışıldı

Sarkisyan Təhlükəsizlik Şurasını topladı - Problemlərdən danışıldı
  15 Dekabr 2017    Oxunub:1711
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, iclasda Ermənistanda hərbi-sənaye kompleksinin inkişafı müzakirə olunub.
Bundan əlavə Təhlükəsizlik Şurasının iclası zamanı terrorizmlə mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye üzrə Dövlət Komitəsinin sədri David Paxçanyan iclas iştirakçılarını bu sahədə tədbirlər, problemlər və görüləcək işlər barədə məlumatlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti