Məşhur futbolçu siyasətə qoşulur

Məşhur futbolçu siyasətə qoşulur
  15 Dekabr 2017    Oxunub:1843
Braziliyalı məşhur futbolçu Ronaldinyo siyasətlə məşğul olacaq.
AzVision.az-ın məlumatına görə, 37 yaşlı futbolçu gələn il Senata keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

2018-ci ildə rəsmən futbolla vidalaşacağını deyən Ronaldinyo radikal Patriota partiyasının Minas Gerais bölgəsindən namizəd olacağını bildirib.

Qeyd edək ki, Ronaldinyo seçkidə qalib olarsa, Romariodan sonra Senatda təmsil olunan ikinci məşhur futbolçu olacaq.

Kənan Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti