“Qarabağ” kubokdan kənarlaşdırıldı - VİDEO

“Qarabağ” kubokdan kənarlaşdırıldı - VİDEO
  16 Dekabr 2017    Oxunub:12633
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
AzVision.az xəbər verir ki, günün sonuncu oyununda çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Ağdam təmsilçisini 2:0 hesabı ilə məğlub edən "Sumqayıt" "Qarabağ"ı kubok yarışından kənarlaşdırıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



AzVision.az


Teqlər: Sumqayıt   QarabağFK   Kubok  





Xəbər lenti