Qəzzada gərginlik: 4 ölü, 400-ə yaxın yaralı var

Qəzzada gərginlik: 4 ölü, 400-ə yaxın yaralı var
  16 Dekabr 2017    Oxunub:1442
İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 4 fələstinli ölüb, 400-ə yaxını xəsarət alıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

İsrail polisi həmçinin Fələstin əhalisinin ənənəvi etiraz məkanı hesab edilən Dəməşq qapılarından Qüdsə gedən yolu bağlayıb. Fələstinlilər avtomobil şinlərini yandırıb, hərbçiləri daşa basıblar. Buna cavab olaraq hərbçilər etirazçılara qarşı müxtəlif növ silahlardan və gözyaşardıcı qazdan istifadə ediblər.

AzVision.az


Teqlər: İsrail   Qüds   Fələstin  





Xəbər lenti