Ermənistanda "marqarin" əməliyyatı - Məmurlar həbs edilib

Ermənistanda "marqarin" əməliyyatı - Məmurlar həbs edilib
  16 Dekabr 2017    Oxunub:1963
Ermənistanda sensasion həbslər başlayıb.

AzVision.az İrəvanın “Past” qəzetinə istinadən xəbər verir ki, xaricdən idxal edilən marqarin yağ adı altında Ermənistanın Müdafiə Nazirliyinə satılıb.
Nəşr öz mənbələrinə istinadən bildirir ki, Ermənistanda iki həftə əvvəldən sensasion həbslər başlayıb və bu həbslər indi də davam edir. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti hələlik bu barədə rəsmi məlumat yaymayıb.

Qeyd olunub ki, bir qurum uzun illər ərzində xaricdən minlərlə ton miqdarında marqarin idxal edərək bunu yağ adı altında Ermənistan Müdafiə Nazirliyinə satıb. Ermənistan MTX-i bununla bağlı araşdırma aparıb və məlum olub ki, adı çəkilməyən qurum Müdafiə Nazirliyini aldadaraq milyonlarla dollar mənimsəyib.

Hələlik faktla bağlı Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Yeyinti Məhsullarının Təhlükəsizliyi üzrə Dövlət İdarəsinin bir sıra məsul işçiləri həbs olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Həbslər  





Xəbər lenti