Məsud Yılmazın oğlu evində ölü tapıldı

Məsud Yılmazın oğlu evində ölü tapıldı
  16 Dekabr 2017    Oxunub:6592
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu, 38 yaşlı Yavuz Yılmazın İstanbulda Beykozda yerləşən evində meyiti tapılıb.

AzVision.az “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, güllə yarasından dünyasını dəyişən Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.
Hazırda polis hadisə yerində araşdırma aparır. Onun cangüdənləri ifadələrində "Səhər evə çilingərlə girdik, silahı baş tərəfində tapdıq" deyiblər.



Amerikada olan sabiq baş nazir oğlunun ölüm xəbərini eşitdikdən sonra Türkiyəyə yola düşüb.

Qeyd edək ki, Yavuz Yılmaz nişanlısı aparıcı Sevinc Sapmaz ilə 3 illik sevgi münasibətindən sonra ayrılması ilə gündəmə gəlmişdi.

AzVision.az


Teqlər: Məsud-Yılmaz  





Xəbər lenti