Avropanın ən qocaman sakini vəfat edib

Avropanın ən qocaman sakini vəfat edib
  16 Dekabr 2017    Oxunub:1827
Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan ay yarım sonra Barselonadakı qocalar evində vəfat edib.
Xarici KİV-lərin məlumatına görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. O, səhhəti sarıdan, demək olar, heç bir problem yaşamayıb.

Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 60 yaşı var.

Qocalar evindən bildiriblər ki, Ana Vela öz yatağında yuxuda ikən, əziyyətsiz keçinib.

AzVision.az


Teqlər: Ana-Vela  





Xəbər lenti