Pulsuz müalicə üçün nazirə müraciət etdilər
AzVision.az xəbər verir ki, qəbulda respublikamızın qərb bölgəsinin 12 rayon və şəhərindən vətəndaşlar iştirak ediblər.
Vətəndaşlar əsasən xəstəliklərin pulsuz müalicəsi, kənd və qəsəbələrdə yeni həkim məntəqələrinin tikilməsi, rayonlarda fəaliyyət göstərən səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bəzi tibb müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi, ehtiyac olan yaşayış məntəqələrinin ixtisaslı həkimlərlə təmin olunması və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbula gəlmiş vətəndaşları diqqətlə dinləyən səhiyyə naziri Oqtay Şirəliyev müraciətlərin həlli ilə əlaqədar tapşırıqlar verib. Nazirliyin səlahiyyətinə aid olmayan bəzi məsələlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.
Teqlər: