40 mindən çox insan Trampa qarşı etiraza qalxdı

40 mindən çox insan Trampa qarşı etiraza qalxdı
  17 Dekabr 2017    Oxunub:1531
İndoneziyanın paytaxtı Cakartada ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı etiraz aksiyaları başlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın bu ölkədəki səfirliyinin yaxınlığında yerləşən "Monas" abidəsinin qarşısında 40 mindən çox insan toplaşıb.

Etirazçılar ABŞ və Tramp əleyhinə şüarlar səsləndirirlər. Aksiya dinc şəkildə davam edir, hər hansı insident qeydə alınmayıb.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Qüds   Etiraz  





Xəbər lenti