Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər tutuldu

Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər tutuldu
  17 Dekabr 2017    Oxunub:2568
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı ifşa edilib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğana sui-qəsd etmək istəyən terror təşkilatının 9 üzvü Yunanıstanın paytaxtı Afinada saxlanılıb.
Onların Türkiyə prezidentini öldürmək istədiyi məlum olub. Saxlanılan şəxslər əl qumbarası və molotov kokteyli ilə Ərdoğana sui-qəsd etməyi planlaşdırıblar.

Hazırda istintaq davam edir, faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Sui-qəsd  





Xəbər lenti