Rusların 67 faizi Putinin yenidən prezident olmasını istəyir

Rusların 67 faizi Putinin yenidən prezident olmasını istəyir
  18 Dekabr 2017    Oxunub:2226
Rusiyada yeni prezidentin kim olacağı ilə bağlı əhali arasında sorğu keçirilib.
AzVision.az xəbər verir ki, İctimai Rəy Fondu (FOM) respondentlərə "kimin prezident olmasını istərdiniz" sualı ilə müraciət edib.

Sorğuda iştirak edənlərin 67 faizi hazırki prezident Vladimir Putinə səs verəcəyini deyib.

Digər yerləri 8 faiz səslə Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski və cəmi 4 faiz səs yığan Kommunist Partiyasının lideri Gennadi Züqanov tutub.

Putinin sürpriz rəqibi, tanınmış teleaparıcı Kseniya Sobçakı cəmi bir faiz respondent dəstəkləyib.

Ümumilikdə isə sorğunun nəticələrinə görə Rusiya əhalisinin 81 faizi hazırki dövlət başçısına etimad göstərir.

AzVision.az


Teqlər: Rusiya   Putin   Seçki   Prezident  





Xəbər lenti