YAP müəllim və tələbələrlə görüşdü
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) prorektoru Sirac Məmmədov bildirib ki, son 10 ildə əldə olunan uğurların sayı-hesabı yoxdur. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, bu gün ölkənin taleyinin məhz gənclərlə bağlıdır və gəncliyin hazırda daxili- xarici siyasi və iqtisadi prosesləri bilməsinin vacibdir. Həyata keçirilən dövlət proqramlarının sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini bildirən YAP Binəqədi rayon təşkilatının sədri müəllim-tələbə heyətini seçkilərdə fəal şəkildə iştirak etməyə və İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səsləyib.
Millət vəkili Rafael Cəbrayılov bildirib ki, bu gün tədbirdə iştirak edənlərin əksəriyyəti gənclərdir. O bildirdi ki, gənclərin varlığı Azərbaycanın inkişafını istəyən şəxslər üçün qürur mənbəyidir. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətini qeyd edən millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün cəmiyyətimzdə 14-29 yaş arası şəxslərin faiz nisbəti 32 fazidir.
Seçki prosesinə toxunan Rafael Cəbrayılov seçki hüququnun mühüm bir hüquq olduğunu və tarixin bütün zamanlarında bu hüquqa görə mübarizələrin getdiyini bildirib: “Bütün dövrlərdə insan üçün azadlıq hüququndan sonra ikinci mühüm hüquq seçki hüquq olub. Bu nənada mən istərdim ki, hər bir gənc, hər bir seçici seçkilərdə iştirak etsin və vicdanla seçim etsin”-deyə o qeyd etdi.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov ölkədə intellektual potensialın inkişaf etdiyini və prezident İlham Əliyevin elmə, təhsilə daim diqqət göstərdiyini qeyd edib.