Putin Trampa zəng vurub, təşəkkür etdi

Putin Trampa zəng vurub, təşəkkür etdi
  18 Dekabr 2017    Oxunub:2216
Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Sankt-Peterburqda terror aktının qarşısını almaqda göstərdiyi köməyə görə Trampa təşəkkür edib.
Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.

Qeyd edək ki, dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yeni il şənlikləri və prezident seçkiləri zamanı hazırlanan terror aktlarının qarşısını alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin   Tramp   ABŞ  





Xəbər lenti