Trampın qızı və kürəkəni məhkəməyə verildi

Trampın qızı və kürəkəni məhkəməyə verildi
  18 Dekabr 2017    Oxunub:1936
Vaşinqtondan olan vəkil ABŞ prezidentinin qızı İvanka Trampı və onun həyat yoldaşı Cared Kuşneri məhkəməyə verib.
AzVision.az “Politico”ya istinadən xəbər verir ki, vəkil prezident Donlad Trampın müşaviri olan C.Kuşner və İ.Trampı gəlirlərinin bir hissəsini gizlətməkdə ittiham edib. Belə ki, onlar 30 investisiya fondunun aktivləri haqqında məlumatı bəyannamədə göstərməyiblər.

Ağ Evin məlumatına görə, Kuşner Tramp Administrasiyasında vəzifə tutmamışdan öncə 200-dən artıq müəssisədəki işini tərk edib.

“New York Times” xəbər verir ki, cütlüyün gəlirləri 740 milyon dollar təşkil edir.

AzVision.az



Teqlər: ABŞ   Tramp   Məhkəmə  





Xəbər lenti