Təhlükəsizlik Şurasının sədri işdən çıxarıldı

Təhlükəsizlik Şurasının sədri işdən çıxarıldı
  18 Dekabr 2017    Oxunub:2427
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov iki ay əvvəl sabiq prezident Almazbek Atambayev tərəfindən təyin olunan ölkənin Təhlükəsizlik Şurasının sədri Almazbek Kurmanaliyevi işdən çıxarıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kurmanaliyev bu vəzifəyə oktyabrın 26-da təyin olunmuşdu.

Xatırladaq ki, Qırğızıstanın beşinci prezidenti Sooronbay Jeenbekov oktyabrın 15-də prezident seçilib və noyabrın 24-ə prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti