Qəddafinin oğlu prezident olmaq istəyir

Qəddafinin oğlu prezident olmaq istəyir
  18 Dekabr 2017    Oxunub:1643
Liviyanın öldürülən keçmiş prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətindədir.
AzVision.az-ın xəbərinə görə, bunu “Egypt Today” nəşrinə Seyf əl-İslamın nümayəndəsi Basem əl-Həşimi əl-Sül deyib. Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

O, qeyd edib ki, Seyf əl-İslam Qəddafi ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək niyyətindədir.

AzVision.az


Teqlər: Liviya   Qəddafi  





Xəbər lenti