“Səylərimiz münaqişənin sülh yolu ilə həllinə yönəlib” - Nalbandyan

“Səylərimiz münaqişənin sülh yolu ilə həllinə yönəlib” - Nalbandyan
  18 Dekabr 2017    Oxunub:1489
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda səfərdə olan NATO-nun baş katibinin müavini Rouz Hettemüllerlə görüşüb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, Ermənistan XİN rəhbərinin sözlərinə görə, görüş zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər:
“Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cari vəziyyət barədə məlumatlandırdım. Ermənistan və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin yalnız sülh yolu ilə həllinə yönəlib. Bu kontekstdə biz NATO-nun həmsədr ölkələrin səy və yanaşmalarına verdiyi töhfəni yüksək dəyərləndiririk”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Nalbandyan   Qarabağ  





Xəbər lenti