Bu il 97 jurnalist qətlə yetirilib - Ən təhlükəli ölkələr

Bu il 97 jurnalist qətlə yetirilib - Ən təhlükəli ölkələr
  18 Dekabr 2017    Oxunub:1280
Bu il 28 ölkədə 97 jurnalist öldürülüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb. Bildirilib ki, son 10 ildə 1197 jurnalist öldürülüb.

Jurnalistlər üçün ən təhlükəli ölkələrin siyahısında birinci yeri Meksika tutur. Bu ölkədə 14 jurnalist qətlə yetirilib.

Siyahıda ilk beşlikdə İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan (hər birində 8 jurnalist) yer alıb.

AzVision.az


Teqlər: Jurnalist   Qətl  





Xəbər lenti