Züqanov Qarabağdan danışdı: “Rusiya səmərəli işləməlidir”

Züqanov Qarabağdan danışdı: “Rusiya səmərəli işləməlidir”
  18 Dekabr 2017    Oxunub:2877
"Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir"

Bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.
Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin, birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”.

Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.

O, həmçinin Rusiya-Azərbaycan-İran formatının potensialından da danışıb: “Hesab edirəm ki, Rusiya-Azərbaycan-İran formatı özünü dayanıqlı və səmərəli göstərək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir”. (Trend)

AzVision.az


Teqlər: Züqanov   Qarabağ   Rusiya  





Xəbər lenti