Vaşinqtonda qatar qəzası: 6 ölü, 77 yaralı (Yenilənib)

Vaşinqtonda qatar qəzası: 6 ölü, 77 yaralı (Yenilənib)
  19 Dekabr 2017    Oxunub:2472
ABŞ-da sərnişin qatarının qəzaya uğraması nəticəsində 77 nəfər xəsarət alıb.
İnsident nəticəsində azı 6 nəfərin öldüyü bildirilir. Hadisə ilə əlaqədar ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi təhqiqatlara başlayıb.

***
(21:34)

ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpü üzərində relsdən çıxıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilib.

Rəsmi qurumlar yaralıların dəqiq sayını açıqlamayıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatları həyata keçirilir.

Məlumata görə, qatar Sietl və Portlend marşrutu üzrə hərəkətdə olan zaman qəzaya uğrayıb.

AzVision.az


Teqlər: ABŞ   Qatar   Qəza  





Xəbər lenti