Qarabağda Ermənistan əsgəri həbs edilib

Qarabağda Ermənistan əsgəri həbs edilib
  19 Dekabr 2017    Oxunub:2259
Ermənistan ordusunun hərbi qulluqçusu həbs edilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kimliyi açıqlanmayan əsgər xidmət yoldaşı Narek Adibekyanın qətlində ittiham edilib.
İstintaq zamanı müəyyən edilib ki, Narek Adibekyan hərbçi yoldaşı tərəfindən güllələnərək öldürülüb.

Ermənstanın İstintaq Komitəsi məlumatı təsdiqləsə də, qətlin təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, 11 dekabr tarixində işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz hərbi hissələrədən birində erməni əsgər öz xidmət yoldaşını güllələyib. Açılan atəş nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb. Adibekyanın Rusiya Federasiyasında hərbi xidmət keçdiyi məlum olub.

AzVision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti