ABŞ Qüdslə bağlı qətnaməyə veto qoydu

ABŞ Qüdslə bağlı qətnaməyə veto qoydu
  19 Dekabr 2017    Oxunub:2676
Bu gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.

"Anadolu" agentliyinin məlumatına görə, iclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.

AzVision.az


Teqlər: ABŞ   Qüds  





Xəbər lenti