Romada azərbaycanlı tələbələrlə görüş keçirilib
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə universitetə yeni qəbul olunan tələbələrə təbriklərini çatdırın, onlara uğurlar arzulayıb. Diplomat İtaliyada təhsil almağın üstünlüklərindən bəhs edib.
Azərbaycan ilə İtaliya arasındakı mövcud və inkişaf etməkdə olan münasibətlərdən danışan Məmməd Əhmədzadə İtaliyanın Avropada Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Təhsil sahəsinə gündən-günə artan marağın məhz bu münasibətlərin nəticəsində formalaşdığını söyləyən səfir azərbaycanlı tələbələrin Avropada, xüsusilə də İtaliyada təhsillərini davam etdirmələrindən məmnunluğunu bildirib.
Sonra müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir ziyafətlə davam edib. (AzərTAc)
AzVision.az