Çavuşoğlu ilə görüşən mer qətlə yetirildi

Çavuşoğlu ilə görüşən mer qətlə yetirildi
  19 Dekabr 2017    Oxunub:2029
Liviyanın üçüncü böyük şəhəri olan Misurata bələdiyyəsinin sədri Məhəmməd İştevi sui-qəsd nəticəsində öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.
Bildirilib ki, Türkiyə səfərindən qayıdan bələdiyyə sədri hava limanından çıxarkən qaçırılıb, daha sonra onun meyiti şəhər xətəxanasının qarşısında tapılıb.

Bələdiyyə sədrinin bədənində güllə izlərinin olduğu aşkar edilib. İşteviyə qarşı sui-qəsdi hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, 2014-cü ildə 4 illik müddətə Misurata bələdiyyəsinə sədr seçilən İştevinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Məlum hadisə Türkiyə səfərindən sonra baş verib. Türkiyə XİN sui-qəsdi qınadığını açıqlayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Liviya   Türkiyə   Çavuşoğlu   Sui-qəsd  





Xəbər lenti