Çavuşoğlu və Zərif Bakıya gəlir – Sabah görüş olacaq

Çavuşoğlu və Zərif Bakıya gəlir – Sabah görüş olacaq
  19 Dekabr 2017    Oxunub:3890
Dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan – İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN  





Xəbər lenti