Ermənistanda tələbələrin etirazı davam edir

Ermənistanda tələbələrin etirazı davam edir
  19 Dekabr 2017    Oxunub:2793
Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, tələbələr İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıblar.
“Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, - deyə “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına qarşı İrəvan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Tələbə   Etiraz  





Xəbər lenti