MDB ölkələri üçün terror təhlükəsi - FTX xəbərdarlıq etdi

MDB ölkələri üçün terror təhlükəsi - FTX xəbərdarlıq etdi
  19 Dekabr 2017    Oxunub:1860
“Beynəlxalq terrorçular Suriya və İraqda məğlub olandan sonra yenidən qruplaşaraq Yaxın Şərqin hüdudlarından kənara çıxırlar”.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, terrorçuların əsas mərkəzi Əfqanıstandır: “Bu ölkədə İŞİD-in mövqeləri mövcuddur. Artıq oradan terrorçuların MDB ölkələrinin ərazisinə keçmək imkanı var”.

Bortnikov bildirib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları Suriyada terrorçular tərəfindən döyüşmək üçün müəyyən şəxsləri göndərən 11 kanalı bağlayıb.

O, əlavə edib ki, xüsusi xidmət orqanları təşkilata daxil olan dövlətlərin diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İŞİD   Terror   MDB  





Xəbər lenti