İtkin qadın tapıldı

İtkin qadın tapıldı
  25 Sentyabr 2013    Oxunub:1078
Ağdaşda polis itkin düşdüyündən 23 gündən sonra Pərvanə Həsənovanı Bakı şəhərindən taparaq ailəsinə təhvil verib
Ağdaş rayonunda həyat yoldaşını və azyaşlı övladlarını tərk edərək naməlum istiqamətə gedən və polis əməkdaşları tərəfindən itkin kimi axtarılan qadın tapılıb. Ağdaş rayon Polis Şöbəsindən verilən məlumata görə, Yeniarx kənd sakini 24 yaşlı Pərvanə Həsənova avqustun 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Üç uşaq anası olan və həyat yoldaşı ilə birgə yaşayan Pərvanə Həsənova barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarış işi açılıb. Polis əməkdaşları 23 gündən sonra Pərvanə Həsənovanı Bakı şəhərindən taparaq ailəsinə təhvil veriblər.



Teqlər:  





Xəbər lenti