Yəməndə 5558 dinc sakin öldürülüb

Yəməndə 5558 dinc sakin öldürülüb
  19 Dekabr 2017    Oxunub:1099
Yəməndə dekabrın 6-dan 16-dək koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 115 dinc sakin qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə Ali Komissar İdarəsinin rəsmisi Rupert Kolvill bildirib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində 83 nəfər yaralanıb.

O, qeyd edib ki, 2015-ci ilin mart ayından 2017-ci ilin dekabrın 14-dək Yəməndə ümumilikdə 5558 dinc sakin öldürülüb, 9065 nəfər isə yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Yəmən   BMT  





Xəbər lenti