FTX rəhbəri: 300-ə yaxın terrorçu ələ keçirilib

FTX rəhbəri: 300-ə yaxın terrorçu ələ keçirilib
  19 Dekabr 2017    Oxunub:1336
Rusiya xüsusi xidmət orqanları beynəlxalq terror təşkilatları ilə əlaqəli olmaqda şübhəli bilinən 300 nəfərə yaxın şəxsi MDB üzrə tərəfdaşlarına təhvil veriblər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, bu şəxslərdən 218-i cinayət məsuliyyətinə cəlb olunub. O, qeyd edib ki, təhlükəsizlik orqanlarının məlumatları əsasında sərhəd nəzarətinə terrorçu və dini-eltremist strukturlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 20 min nəfərə yaxın vətəndaşı göndərilib.

FTX rəhbəri vurğulayıb ki, yaraqlılar taktikanı dəyişirlər. Terror qruplaşmalarının liderləri öz tərəfdarlarını “avtonom cihad” rejiminə keçirməyə çağırırlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: MDB   FTX  





Xəbər lenti