Kralın sarayına ballistik raket atılıb

Kralın sarayına ballistik raket atılıb
  19 Dekabr 2017    Oxunub:1227
Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəməndə husi üsyançılar tərəfindən buraxılan raketin vurulması haqqında məlumat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

“Raket qüvvələri Ər-Riyadda yerləşən Yamam kral sarayına ballistik raketlərinin atılması barədə məlumat yayıb”, - deyə “Twitter”-də “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Məhəmməd Abdusalam bildirib.

“Sky News Arabia” telekanalı, həmçinin husilərin raketinin Ər-Riyaddan cənubda vurulduğunu bəyan edib.

AzVision.az





Teqlər: Kral   Raket  





Xəbər lenti