“SSRİ dağılanda heç kim bizə kömək etmədi” - Putindən etiraf

“SSRİ dağılanda heç kim bizə kömək etmədi” - Putindən etiraf
  19 Dekabr 2017    Oxunub:2035
Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq cəbhəsi forumunda çıxışı zamanı bəyan edib ki, SSRİ dağılandan sonra heç kim onun ölkəsinə kömək etməyib.

AzVision.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Putin çıxışında deyib: “Xatırlayaq, Sovet İttifaqı dağılanda biz xeyli sayda yaxşı çıxışlar eşidirdik, lakin real olaraq heç kim bizə kömək etmirdi. Düzdür, biz bu köməyə ümid belə etmirdik. Çünki bizə kənardan kömək lazım deyil. Biz yeni güclü, müstəqil ölkə qururduq”, -

Onun sözlərinə görə, Rusiya öz maraqlarını möhkəm formada qorumağı bacardı, gücün və tarixin fasiləsizliyini dərk etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   SSRİ   Putin  





Xəbər lenti