Saakaşvilinin Poroşenkoya yazdığı gizli məktub üzə çıxdı - FOTO

Saakaşvilinin Poroşenkoya yazdığı gizli məktub üzə çıxdı - FOTO
  20 Dekabr 2017    Oxunub:2303
Ukrayna və Odessanın keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya göndərdiyi məktub dərc olunub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Saakaşvili Poroşenkoya barışıq məktubu yazması haqda xəbəri yalanlasa da, Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Çeqolko "Facebook" sosial şəbəkəsində həmin məktubu paylaşıb.
Çeqolkonun sözlərinə görə, Saakaşvili məktubu 16 dekabr tarixində yazıb və verdiyi sözü tutmayıb.

Məktubda Saakaşvili siyasi nöqsanlara yol verdiyini etiraf edib və ölkədə sabitliyin pozulmayacağına söz verib.



Qeyd edək ki, Saakaşvili bundan öncəki açıqlamasında Poroşenkoya məktub yazmadığını, onun hakimiyyətinə qarşı sonadək mübarizə aparacağını bəyan etmişdi.

AzVision.az


Teqlər: Ukrayna   Saakaşvili   Poroşenko  





Xəbər lenti