BMT-də Krımla bağlı qətnamə qəbul edildi - FOTO

BMT-də Krımla bağlı qətnamə qəbul edildi - FOTO
  20 Dekabr 2017    Oxunub:2601
BMT Baş Assambleyasının sessiyasında Krımda insan haqlarının vəziyyəti ilə bağlı “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” barədə qətnamə qəbul olunub.
AzVision.az xəbər verir ki, sənədin lehinə 70, əleyhinə 26 ölkə səs verib, 76 ölkə bitərəf qalıb. Sənəddə Rusiyanı 12 tövsiyəni yerinə yetirməyi təkidlə çağırış edilib.

Qətnamədə göstərilib ki, Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya tərəfindən “müvəqqəti işğal” olunub. Qeyd olunub ki, Krımın “ilhaqı” qəbuledilməzdir.

Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib. Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası Rusiyanı dəstəkləyib. Türkiyə isə lehinə səs verib.




İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BMT   Krım   Rusiya  





Xəbər lenti