ABŞ və Rusiya Ermənistandakı səfirini dəyişir

ABŞ və Rusiya Ermənistandakı səfirini dəyişir
  20 Dekabr 2017    Oxunub:1801
Yanvar ayında ABŞ-ın və Rusiyanın səfiri Ermənistanı tərk edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ilin ilk ayında Rusiya səfiri İvan Volinkin və ABŞ səfiri Riçard Milzin səlahiyyət müddəti başa çatacaq. Hər iki səfir Ermənistanı tərk edəcək.

ABŞ-ın yeni səfiri haqqında təqdimat Ermənistanın Xarici İşlər Nazirliyinə göndərilməyib. Yeni səfirin kimliyi barədə dəqiq məlumat yoxdur.

ABŞ-ın Rusiyaya yeni təyin etdiyi səfir Hantsmanın oğludur. Vaxtilə Koçaryan böyük Hantsmanı Ermənistandakı humanitar fəaliyyətinə görə “Mesrop Maştots” ordeni ilə təltif edib.

Əlavə edək ki, Hantsman hazırda Rusiyada çoxları tərəfindən bəyənilmir, kiçik məmurlar onunla görüşlərdən yayınırlar.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Səfir  





Xəbər lenti