Bəşər Əsəddən açıqlama

  24 Sentyabr 2013    Oxunub : 428
Bəşər Əsəddən açıqlama
Suriya Prezidenti Bəşər Əsəd kimyəvi silahla bağlı növbəti açıqlama verdi
Bəşər Əsəd Çin televiziyasına müsahibəsində bildirib ki, ölkəsindəki kimyəvi silahlar xüsusi şərtlər altında təhlükəsiz şəraitdə saxlanılır və silahlı qruplaşmaların əlinə keçə bilməz. Müsahibə zamanı Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransanı BMT-yə təqdim etdikləri kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı layihəni qınayıb. Suriya Prezidenti əlavə edib ki, onun ölkəsi müstəqillik əldə etdiyi vaxtdan imzaladığı bütün sazişlərə sadiq olub.

Fransanın xarici işlər naziri Loran Fabius isə öz növbəsində bildirib ki, BMT Təhlükəsizlik Şurası Suriyanın kimyəvi silah dosyesi ilə bağlı bu həftə qərar qəbul edə bilər. Diplomatın fikrincə, qərarda 3 şərt irəli sürülməlidir. Birinci şərt Suriya hökumətinin kimyəvi silahların məhvi ilə bağlı öhdəliyini yerinə yetirmədiyi təqdirdə BMT Nizamnaməsinə müvafiq tədbirlərin görülməsidir. İkincisi, kimyəvi silah tətbiqində əli olan şəxslərin məhkəməyə cəlb olunmasıdır. Nəhayət, sonuncu şərt BMT Təhlükəsizik Şurasının beynəlxalq sülhü təhlükə altında qoyan bu dosye ilə bağlı toplantısının çağırılmasıdır.

Teqlər: