Husilər Ərəbistan krallığının ərazisinə raket atıb

Husilər Ərəbistan krallığının ərazisinə raket atıb
  20 Dekabr 2017    Oxunub:1747
Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi sözçüsü polkovnik Türki əl-Malikinin İranın Husi silahlı qruplaşmasının Krallığın paytaxtı tərəfə atdığı ballistik raketlə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Səudiyyə Ərəbistanın Bakıdakı səfirliyindən bildirilib.

Türki əl-Malikinin sözlərinə görə, bu gün (19 dekabr 2017-ci il) saat 13:39-da Koalisiyanın havadan müdafiə qüvvələri Yəmən ərazisindən Krallığın ərazisinə ballistik raket atıldığını müşahidə ediblər. O bildirib ki, raket paytaxt ər-Riyada tərəfə istiqamətlənib, dağınıq və kor-koranə formada atılaraq insanların məskunlaşdığı mülki bölgələri hədəf alıb. Allaha həmd olsun ki, "Patriot" bölüyü raketi ər-Riyad şəhərinin cənub tərəfində dəf etmiş, onun dəf olunması nəticəsində qəlpələri ətrafa səpələnməsi heç bir canlı tələfata səbəb olmayıb.

Türki əl-Maliki əlavə edib ki, Husi silahlı qruplaşması tərəfindən törədilən bu təcavüz və kor-koranə akt sübut edir ki, Husi silahlı qruplaşmasını üstün silahlarla dəstəkləməkdə davam edir. Bu fəaliyyətlər BMT Təhlükəsizlik Şurasının 2216 və 2231 saylı qərarlarının açıq-aşkar surətdə pozulmasıdır. Onun məqsədi Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə, eləcə də regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaratmaqdır. İnsanların məskunlaşdığı şəhər və kəndlərə ballistik raket atılması beynəlxalq humanitar qanunların pozulması hesab olunur.

Polkovnik Türki əl-Maliki beynəlxalq ictimaiyyəti, terrorçu və qanundankənar silahlı qruplaşmalara ballistik silah keçirən İranın kobud qanun pozuntularına qarşı ciddi addımlar atmağa, beynəlxalq norma və dəyərləri pozulmasına, regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaratmasına dəstək verənləri sorğu-suala çəkməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Yəmən   Ərəbistan  





Xəbər lenti