`Əli Kərimli gözdən pərdə asır`

`Əli Kərimli gözdən pərdə asır`
  25 Sentyabr 2013    Oxunub:1031
Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı hesab edir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli aldığı bahalı maşının pulunu partiya üzvlərinə ödətdirməklə əslində gözdən pərdə asmaq istəyir.

N.Orduxanlı bildirib ki, AXCP-də Şahin adında bir cəbhəçi var, onun əli ilə həmin maşın üçün pul yığılır.
Lakin onun sözlərinə görə, Əli Kərimlinin özünün, oğlunun və digər ailə üzvlərinin adına 2011-2012-ci illər ərzində banklardan 8 milyon dollardan çox pul götürülüb.

BAXCP sədrinin müavini bunun dəqiq fakt olduğunu vurğulayır: "Bu, dəqiq faktdır. Sizcə banklardan bu qədər pul götürən adamın maşınının pulunun ətrafındakılar tərəfindən ödənilməsinə ehtiyacı var? Əlbəttə yox. Söhbət ondan gedir ki, bu, birbaşa gözdən pərdə asmaq, dostlarını inandırmaq üçündür ki, sanki onun pulu yoxdur. Bu görüntünü yaratmaq üçün o işləri aparır".


Teqlər:





Xəbər lenti